24.04.2025, 09:21
AZ EN
16.12.2022, 16:44 398

Ədalət Verdiyev: “Biz qalib xalq kimi öz statusumuza uyğun davranmalıyıq”

XƏBƏRLƏR

“Mina təmizləmə dünyada ən təhlükəli peşədir. Həyatında cəmi 1 dəfə səhv edə bilirsən, o da ən yaxşı halda xəsarətlə bitir. Bax, hərbçilərimiz, ona görə hərdən minaya düşür ki, minaları hərbçilər təmizləyirlər və bu çox təhlükəli prosesdir, hər an istehkamçı ölümlə üz-üzə dayanır”. Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev açıqlamasında səsləndirib. O, bildirib ki, kiçik bir səhv həyatı itirə bilir: “Heyvanlar isə minalardan təmizlənmiş ərazilərdə yerləşdirildiyinə görə minaya düşmürlər. Bunu anlamaq çətin deyil və bilirəm ki, bunu çoxları bilir, sadəcə az sayda Vətənə və millətə faydası dəyməyənlər Qələbəmizi kiçiltmək üçün hər gün bir mövzu axtarırlar”. Ekspert vurğulayıb ki, biz qalib xalq kimi öz statusumuza uyğun davranmalıyıq: "Özümüzü də erməni ilə deyil, daha sivil xalqlarla müqayisə etməliyik.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər