09.06.2025, 07:33
AZ EN
22.12.2024, 17:00 305

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

XƏBƏRLƏR
  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 2210 şagirdin iştirak etdiyi Fənn olimpiadaları 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə keçirilib.

Olimpiada işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən Zəngilan rayonu Ağalı kənd və Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərində yaradılmış mərkəzlərdə də təşkil edilib. Artıq üçüncü ildir ki, RFO-nun rayon (şəhər) mərhələsi işğaldan azad olunmuş torpaqlarda keçirilir.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün isə 29 dekabrda keçiriləcək.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.

Respublika Fənn Olimpiadalarının keçirilmə məqsədi gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər