22.11.2024, 14:57
AZ EN
16.10.2023, 11:41 301

Xankəndinin komendantının DOSYESİ

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin Xankəndiyə səfəri zamanı onu qarşılayan və raport verən komendant, polis general-mayoru Sərdar Səfərovun kimliyi mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Dünənə qədər onun Xankəndi şəhərinə komendant təyin edilməsi barədə hər hansı rəsmi məlumat yayılmamışdı. Yalnız dünən məlum olub ki, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.

"Vətən səsi" ictimai marağı marağını nəzərə alaraq Xankəndi şəhərinə təyin edilmiş general-mayorun kimliyini oxuculara təqdim edir:

Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. O, Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib. 1996-2005-ci illərdə Daxili Qoşunlarda müxtəlif vəzifə və rütbələrdə xidmət edib.

2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, daha sonra rəisi olub. Ardınca Bakı şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

General-mayor bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub. “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Sərdar Səfərov Xankəndiyə səfəri çərçivəsində Prezidentə raport verib.

Elxan SALAHOV

Oxşar xəbərlər