22.09.2024, 03:07
AZ EN
29.05.2023, 18:35 184

Vətən sevdalısı Vətən

XƏBƏRLƏR

Vətən Mətləb oğlu Məmmədov 1 may 1993-cü ildə Ağdam rayonunun Qurdlar kəndində anadan olmuşdur. Atası Məmmədov Mətləb oğlunun adını Vətən qoydu. Burada bir Tanrı vergisi varmış. Vətən Ağdam 11 saylı köçkün orta məktəbində təhsil aldı. Həqiqi hərbi xidmətə çağırıldı. Quru Qoşunlarında xidmət etdi. Adı qədər vətənə bağlı olan Vətən Məmmədov 44 günlük Vətən müharibəsində də adına layiq döyüş yolu keçdi. O, bir əsgər kimi Tərtər, Suqovuşan istiqamətində əsl qəhrəmanlıq göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə V. Məmmədov "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülmüşdür. Ailəlidir, ikinci dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər