İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, keçirilən konfransda bu qələbənin əldə olunmasında ilk gündən əsgərlərimizlə birgə ön cəbhədə xidmət göstərmiş həkimlərin, peşəkar tibb işçilərinin mühüm rolu olduğu qeyd olunub. Konfransda peşəkar həkimlərin çıxışları zamanı ilk tibbi yardım metodlarından yararlanaraq zədələnmənin mexanizminin təyin edilməsi, texnogen fəlakətlər zamanı xəstəxanaya qədər ilk tibbi yardımın xüsusiyyətləri, ürək dayanmalarında müalicə prinsipləri, habelə travma ilə bağlı həyata təhlükə yaradan halların diaqnostikası kimi mövzular müzakirə edilib. Konfransın sonunda tədbir iştirakçılarına plaketlər təqdim olunub. (AZƏRTAC)