14.03.2025, 19:51
AZ EN
01.09.2022, 12:52 267

Hərbi ekspert: “Laçın yolunun gələcək statusu daha çox Zəngəzur dəhlizinə veriləcək statusla bağlı olacaq”

XƏBƏRLƏR
  • "30 illik işğal dövründə Ermənistanın Qarabağla əlaqəsini təmin edən Laçın dəhlizi artıq bir yola çevrilib və Azərbaycan Ordusunun nəzarətindədir. Həmin ərazilərdə Ermənistan tərəfinin qaz, elektrik, telefon rabitəsi və internet xəttinə də bu gün Azərbaycan Ordusu nəzarət edir".

Bu sözləri hərbi ekspert Ədalət Vəliyev deyib.

O bildirib ki, 30 km-dən uzun olan dəhlizi Rusiya nəzarətindən öz nəzarətimizə keçirməklə, paralel olmaqla Laçın ərazisindən 9 km məsafədə onlara yol verilib: "Bu, sadəcə, yoldur, heç bir halda dəhliz deyil. Gələcək statusu daha çox Zəngəzur dəhlizinə veriləcək statusla bağlı olacaq. Hər bir halda Laçın rayonunun coğrafiyasını gördük. Ətrafımızda, əsasən, strateji yüksəklərdir. Bu yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir. Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir. Hətta daha artığını deyərdim ki, Laçın ərazisində yerləşən mövqelərimizdən biri artıq Ermənistan ərazisində Gorus-Qafan yolu ilə hərəkət edən yola və Ermənistana aid hərbi texnikalara, silahlara və digər vasitələrə nəzarət edir".

Hərbi ekspert onu da qeyd edib ki, Ermənistan tərəfi həm vandallıq, barbarlıq, həm də terrorla məşğul olub: "21-ci əsrdə mina terrorunun banisi Ermənistandır. Fərarinin işi dağıtmaq, uçurmaqdır. Bura gəldiyimiz bir həftə belə olmayıb, görün nə qədər iş görmüşük. Burada bayrağımızın dalğalandığını görən ermənilər o zaman başa düşəcək ki, elədiklərin heç bir nəticəsi yoxdur. Biz sülhün, inkişafın, tərəqqinin tərəfdarıyıq. Bunu istəyəcəklərsə, bizimlə bərabər Qarabağda yaşaya biləcəklər. Bizim şəxsiyyət vəsiqəmizi daşıyacaqlarsa, qala bilərlər. Əks halda onlara yaxşı yol". (APA)

Oxşar xəbərlər