Görüş zamanı bütün şəhid valideynlərinin baş tacımız olduğu bildirilib, şəhid anasına təşəkkürnamə və gül dəstəsi təqdim edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şəhid Abbasov Məmməd Salman oğlu 1947-ci ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Qarabağ müharibəsi başlanan vaxtdan Umudlu kənd əhalisi ilə birlikdə erməni işğalçılarına qarşı mübarizə aparıb. 1991-ci il may ayının 25-də erməni işğalçılarının kəndə növbəti hücumunun qarşısının alınmasında, kənd əhalisinin sağ qalmasının təşkil edilməsində xüsusi fəallıq göstərib və döyüş zamanı qəhrəmancasına şəhid olub. O, Umudlu qəbiristanlığında dəfn olunub. (AZERTAC)