- 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan tarixinə həm də, azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsi kimi əbədi həkk edilib. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən artıq 33 il keçir. Bu münasibətlə yanvarın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Bir qərinə keçsə də, unutmadıq!” adlı anım tədbiri keçiriləcək.
Tədbirdə 20 Yanvar hadisələrindən söhbət açılacaq, o qanlı gecənin günahsız qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdiriləcək. Bədii hissədə isə tanınmış musiqiçi və müğənnilərin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndiriləcək.
Mina RƏŞİD