Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunduğunu bildirdi.
Bayram Səfərov diqqəti dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada görülməkdə olan işlərə yönəldərək bildirdi ki, möhtərəm Prezidentimizin hər bir vədinin arxasında konkret əməli işin dayandığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verdi.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verildi.
Hazırladı: Mina RƏŞİD