Bunu ata-baba yurduna qayıdan Füzuli sakini Əflas Abbasova deyib.
“Ailə üzvlərimizlə Bakıya gələrkən çox çətin günlər keçirdik. O anları xatırlamaq məni kövrəldir. Bu günləri gördüyüm üçün çox xoşbəxtəm. Doğma torpaqlara çatanda, ilk olaraq, valideynlərimin və qohumlarımın qəbrini tapsam ziyarət edəcəyəm. Bizə bu xoşbəxtliyi bəxş edən Prezident İlham Əliyevə minnətdarlığımı bildirir, şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm”, – deyə Füzuli sakini vurğulayıb. (AZƏRTAC)