20.09.2024, 10:33
AZ EN
22.11.2023, 07:52 260

Laçın sakini: “Hisslərim təsviredilməzdir”

XƏBƏRLƏR
  • “Hisslərim təsviredilməzdir. Bu qayıdış həyatımın ən böyük, misli görünməmiş hadisəsidir”.

Bu barədə Laçın sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Umudov Ramiz deyib.

“Bir tərəfdən qayıtdığıma görə sevinir, digər tərəfdən şəhid verdiyimizə görə üzülürəm. Bu günləri bizə nəsib etmiş şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm”, - o vurğulayıb.

Xatırladaq ki, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. (Report)

Oxşar xəbərlər