22.11.2024, 09:33
AZ EN
06.04.2023, 15:55 476

Biz Göyçəyə qayıdacağıq

XƏBƏRLƏR
  • “Vətəndən pay olmaz”, - deyir Qaraqoyunlular. Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndi qədim Oğuz yurdudur. Qaraqoyunlular deyir ki, bu qədim yurdun elə adı da hər zaman erməniləri qıcıqlandırırdı. Onlar hətta bu kəndin adının dəyişdirilməsinə də nail olublar. Kənd camaatının etirazına baxmayaraq kəndin adını dəyişib Əzizli qoyublar. Sənədlərdə Qaraqoyunlu sözü Əzizli ilə əvəz olunsa da, kəndin əhalisi özlərini hər yerdə Qaraqoyunlu kimi təqdim ediblər.

Basarkeçər rayonunun Qaraqoyunlu kənd icma nümayəndəsi Tahir Kərimovun sözlərinə görə, Göyçə mahalının 36 kəndindən 32-si azərbaycanlı kəndi olub. Qaraqoyunlu kəndində isə bir nəfər də olsun, erməni yaşamayıb. O, deyir ki, təhsilimiz tam Azərbaycan təhsili olub, dərsliyə erməni dili fənni salmışdılar, onu da heç kim oxumurdu və əlavə edir ki, o torpaqlar Azərbaycanın olub, yenə də Azərbaycanın olacaq: “Biz yenə də öz doğma yurdumuza qayıdacağıq. Mən deyərdim ki, bəlkə də, erməniləri o torpaqlar qəbul eləmir. Çünki o torpaqlar müqəddəs olub, saf olub. 

Allah Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə cansağlığı versin. Onun hazırladığı Qərbi Azərbaycana Qayıdış konsepsiyası əsasında, Dəmir yumruğu sayəsində biz yenə Göyçə mahalına qayıdacağıq”,- deyir T.Kərimov.

Bəli,Tahir Kərimov da yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımız kimi ata-baba yurduna qayıdacaqlarına inanır. Çünki o torpaqlar tarixi Azərbaycan torpaqlarıdır.

Göyçədən 27 yaşında deportasiya olunmuş Mahir Kərimov deyir ki, köç elə bir tarixdir ki, onlar bunu son nəfəslərinə qədər xatırlayacaqlar: “Bizim ordan köç etməyimiz havanın soyuq vaxtına düşmüşdü, dağlıq ərazi idi, qar da yağmışdı. Ordan bəzən heç maşınla çıxmaq da mümkün deyildi.  10-12 baş külfətlə o döngələri keçib gəldik Kəlbəcərə...”

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR