24.12.2024, 03:08
AZ EN
08.03.2023, 09:00 349

Ulu Öndər Heydər Əliyev: “Təbiət cənnəti qadınla əvəz etdi”

XƏBƏRLƏR
  • “Təbiət dünyanı dəyişdirərkən cənnəti qadınla əvəz etdi. Nə qədər ədalətli ifadədir, nə qədər qadının cəmiyyətdə, həyatda, insan cəmiyyətində yerini nə qədər gözəl göstərir. Həqiqətən, biz kişilər heç cənnət haqqında düşünməməliyik. Cənnət qadınlar bizim yanımızdadır”.

Ulu Öndər qadına çox ülvi bir varlıq kimi yanaşırdı. Mənəvi keyfiyyət üzərinə xüsusi diqqət çəkərək, Azərbaycan qadınının nüfuzu, cəmiyyətdə rolunun artmasına böyük qayğı göstərmişdir...

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.  Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən otuz iki il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.

İnanırıq ki, Azərbaycan qadınları gənc nəslin vətənpərvərlik hissinin aşılanmasında, milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvə, bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər