23.04.2025, 20:54
AZ EN
23.04.2025, 14:53 205

Türkiyə ekspertləri: Cənubi Qafqazda kommunikasiyaların açılmasının əsas şərtlərindən biri regiondankənar aktorların müdaxilədən imtinasıdır

XƏBƏRLƏR
  • Cənubi Qafqazda kommunikasiyaların açılmasının əsas şərtlərindən biri qərəzli beynəlxalq strukturların və regiondankənar aktorların istənilən müdaxiləsini rədd etmək olacaq.

Bu qiymətləndirməni Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitikləri Tuğçe Tecimer və Selenay Erva Yalçın bölüşüblər.

Zəngəzur dəhlizinə toxunan ekspertlər bu layihənin həm Cənubi Qafqazda sabitlik və inkişaf, həm də Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün təmin edilməsi baxımından həyati əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Onların fikrincə, bu nəqliyyat-logistika arteriyasının açılması bütün ölkələrin, o cümlədən dünya və regional bazarlara çıxmaq üçün mühüm alternativ əldə edəcək Ermənistanın maraqlarına cavab verir.

Türkiyəli ekspertlər hesab edirlər ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında maneəsiz əlaqə regionun iqtisadiyyatları üçün yeni güclü təkan olacaq və ölkələr arasında müxtəlif səviyyələrdə təmasların əsasını təşkil edəcək. Bu baxımdan Zəngəzur dəhlizindəki maneələrin tez bir zamanda aradan qaldırılması xüsusilə vacibdir.

Analitiklər, həmçinin diqqəti Ermənistanın Azərbaycanla sərhədində Aİ nümayəndələrinin hərəkətlərinə çəkərək, bunu Qərbin “ikili standartlarının” növbəti təzahürü adlandırıblar. “Aİ üzvlərinin sərhəddəki vəziyyətə qərəzli münasibəti Qərb ölkələrinin uzun illərdir davam edən ermənipərəst mövqeyinin növbəti təzahürüdür”, - deyə Ankara mərkəzinin nümayəndələri vurğulayıblar. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR