Bu fikirləri bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Sərvər Əliyev səsləndirib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı xalqımızın tarixi ədalətə qovuşması deməkdir.
“Bu torpaqlara sahib çıxmaq, burada yaşamaq, işləmək və qurmaq bizim ən müqəddəs borcumuzdur”, – deyə o vurğulayıb.
S.Əliyev, həmçinin torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətləri olan Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib. (AZƏRTAC)