Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir: "Proqramların hazırlanması istiqamətində işlər görülür".
C.Kərəmov vurğulayıb ki, Şuşa Peşə Təhsil Mərkəzi 400 tələbə tutumuna malik olacaq: "Eyni zamanda 12 emalatxanası olacaq mərkəzin 86 yerlik yataqxanası nəzərdə tutulub. Hesab edirik ki, 2026-cı ildən həmin mərkəzə tələbə qəbuluna başlanılacaq".
O həmçinin hazırda Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə mərkəzləri ilə bağlı layihələndirmə işlərinin getdiyini söyləyib. (Report)