18.01.2026, 06:47
AZ EN
20.11.2025, 09:07 278

Noyabrda doğulub, noyabrda şəhidlik zirvəsinə ucalan qəhrəman

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidimiz baş leytenant Elvin Rəhimovun doğum günüdür.

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra noyabr ayı Zəfəri ilə sevinib qürurlandığımız, həm də xalqımıza uzun illərdən sonra bu sevinci yaşadan Şəhid və Qazilərimizlə duyğulandığımız müqəddəs ayımızdır. Eyni zamanda bu ay həm də Ağdam Şəhəri Günüdür. Kədərin sevinclə əvəzləndiyi gün...

Bir çox Şəhidlərimizin doğum günləri də bu aya təsadüf edir...

Mənim fikrimcə, qəhrəmanlar elə anadan qəhrəman doğulurlar. Sadəcə, onların yaşadıqları həyat, talelərinə yazılan ömür onları daha da mətinləşdirir...

44 günlük Vətən müharibəsinin qəhrəman Şəhidlərindən biri də  Elvin Rəhimovdur.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Elvin Ehtiram oğlu Rəhimov 1991-ci il noyabrın 20-də Füzuli rayonunun Zərgər kəndində anadan olub. Elvinin 2 yaşı olandan valideynləri məlum səbəblər üzündən doğma Füzulini tərk etmək məcburiyyətində qalıblar. Uzun illər məcburi köçkün həyatı yaşayan Elvin uşaqlığından hərbçi olacağına, torpaqlarımızı işğaldan azad edəcəyinə and içib. Elə bu arzusu ilə öncə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.

O, 2020-ci ilin 27 sentyabrda başlanan Vətən müharibəsində xüsusi xidməti ilə seçiliv və bir çox uğurlu tapşırıqlarda iştirak edərək Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Noyabrın 4-də Şuşa istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən baş leytenant Rəhimov Elvin Ehtiram oğlu ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qəhrəmanımız evli idi, bir övladı yadigar qalıb.

Məzarı nurla dolsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər