22.12.2024, 12:11
AZ EN
01.01.1970, 04:00 121

Afrikadan gətirilən minaaxtaran xüsusi siçovullar Qarabağa aparılıb

XƏBƏRLƏR

Minaaxtarışı işində istifadə olunan siçovullardan heç biri indiyədək zərər çəkməyib. İctimai TV-nin hazırladığı video-çəkilişdə bildirilib ki, ilk belə təcrübə Tanzaniyada həyata keçirilib və “Qandiya” siçovullarına minaaxtarmaq öyrədilib. Minaları və partlamamış bombaları axtarıb tapmaq bacarığını bu siçovullara Belçikanın  “Apopo” qeyri-hökumət təşkilatı öyrədib. Təşkilat siçovullara metalı deyil, partlayıcıların içərisindəki kimyəvi birləşmələrin iyini tanımağı öyrədib. Bu o deməkdir ki, siçovullar metal qırıntılarını iyləməyə vaxt itirmədən kimyəvi partlayıcı maddələri aşkar edir və beləliklə, mina tapmaq prosesi daha sürətli olur. Siçovul partlayıcı tapdıqda komandada işləyən insanları xəbərdar etmək üçün  pəncəsi ilə yeri qazmağa başlayır. Təşkilatın bu sahədə iyirmi illik təcrübəsi var.  Məlumata görə, həmin dövr ərzində bir dənə də olsun siçovul minadan zərər çəkməyib. İnsan çəkisinə nisbətən siçovulların çəkisinin yüngül olması onları partlayış təhlükəsindən qoruyur və onların aşkar etdikləri minalar partlamır. Sioçovullara minaya iy duyma ilə minanı aşkarlamaq öyrədilib. Siçovul mina ilə rastlaşanda torpağı qazmağa başlayır. “Qandiya” siçovulunun çəkisi 1,5 kilodan azdır. Bu səbəbdən də mina işə düşmür. Minaaxtaran siçovullar Mozambiq, Kombuçya, Tayland, Veytnam və Laosda minlərlə insanın həyatını xilas edib. Teniskortu boyda sahədə basdırılmış minaların aşkar edilməsi üçün  minaaxtaran siçovula cəmi yarım saatadək  vaxt tələb olunur. Minaaxtaran istehkamçı mütəxəssis üçün isə bu işi görməyə bir neçə gün vaxt tələb oluna bilər. Artıq bu siçovullardan Qarabağın minalardan təmizləmə prosesində də  geniş istifadə olunacaq. Bununla bağlı ölkəmizə xüsusi təlim görmüş  siçovullar gətirilib. “Apopa” təşkilatı tərəfindən yeni siçovullar  Afrikadan gətirilib. Bu siçovullar mina və  partlamamış sursat axtarmaq üçün hazırlanmış Afrika siçovullarıdır. Onların əsas özəllikləri çəkisinin çox az olmasıdır. Çünki onlar minaya ayaq basanda o partlamır. Bundan əlavə onlar metal qoxusuna deyil,  partlayıcı maddələrin qoxusuna reaksiya verirlər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər