25.10.2025, 04:10
AZ EN
24.10.2025, 17:56 116

“Uşaq hüquqları aylığı” ilə bağlı silsilə tədbirlər keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində “Uşaq hüquqları aylığı” ilə əlaqədar rayon üzrə ümumtəhsil müəssisələrində “Uşaqlar öz hüquqlarını niyə bilməlidir”, “Mən öz hüquqlarımı bilirəm”, “Mənim hüquqlarım”, “Hüquqlarımızı qoruyaq” mövzularında dəyirmi masalar və silsilə tədbirlər keçirilib.

“Uşaq Hüquqları Aylığı”nın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz Qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaradılıb və bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir.

Mina RƏŞİD

Oxşar xəbərlər