20.09.2024, 00:19
AZ EN
28.07.2023, 10:02 258

Bu gün şəhid Kamranın doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəmanlarından biri - Kamran Rasim oğlu Əliyevin doğum günüdür. O, 2001-ci il iyulun 28-də Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində dünyaya gəlib. Elə həmin qəsəbədə 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin iyulunda hərbi xidmətə yollanıb.

Azərbaycan ordusunun əsgəri Kamran Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xocavənd və Ağdam istiqamətlərində gedən döyşlərdə mərdliklə savaşıb. Kamran oktyabrın 12-də Xocavənd uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla Lənkəranda torpağa tapşırılıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Kamran Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən uğrunda Şəhid olanları unutmur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Kamran balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR