Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 7 min 817 şəxsin məşğulluğu təmin olunub.
Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.
Habelə 352 nəfər müxtəlif sahələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
Kursları uğurla başa vuranların işlə təminatına dəstək göstərilir. (AZƏRTAC)