20.11.2025, 03:50
AZ EN
07.11.2025, 12:42 207

Sahib Ələkbərov: Azad olunmuş ərazilərin iqtisadi dövriyyəyə cəlbi ölkəmizin tərəqqisi üçün əlavə imkanlar yaradıb

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi dövriyyəyə cəlb olunması ölkəmizin tərəqqisi üçün əlavə imkanlar yaradıb. Bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb.

Bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Sahib Ələkbərov bildirib ki, bu sərmayələrin iqtisadi artıma təsiri gələcək dövrlərə təsadüf etsə də, sosial və dövlətçiliyimizin gücləndirilməsinə yönəlmiş addım nöqteyi-nəzərindən əvəzsiz, eyni zamanda, bizim üçün prioritet investisiya istiqaməti olaraq qalır. (AZƏRTAC)

Oxşar xəbərlər