Kaliforniyada yaşayan və Paşinyan hakimiyyətinə müxalif olan Harut Sasunyan yazıb ki, Paşinyan ötən həftə yeni konstitusiya yaradılmasını əmr edib. Müxalifət isə bunu istəmir və Paşinyan iqtidarını istefaya məcbur da edə bilmir. Belə bir şəraitdə yalnız seçicilərlə işləməyin vacibliyini önə çəkən diaspor nümayəndəsi vurğulayıb ki, əhalinin konstitusiya ilə bağlı referendumda hakimiyyətin istəyinin əleyhinə səs verməsi bu məsələnin qazanmasına səbəb ola bilər. O, təklif edib ki, müxalifət də, diasporda bu işlə indidən məşğul olmalıdır.
Onun fikrincə, Qarabağdan köçüb İrəvanda məskunlaşan və daim yerli hayların tənələri ilə rastlaşan adlarına "ağvan", "turki mnaçort" (türkün artığı- N.Q) deyilənlər də diasporun və müxalifətin fətvası ilə konstitusiyada dəyişiklik istəmirlər. Amma görünən odur ki, "gərək orda qalıb elə türkləşə idik", - deyən Qarabağdan köçənlər də var.
N.Qaramanlı