08.09.2024, 07:07
AZ EN
13.06.2024, 09:00 315

Ədalət Verdiyev: “Bu, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik uğuru hesab edilir”

YAZILAR
  • “Azərbaycan tərəfinin ərazidən həm rus kontingentinin, həm Ermənistan üzərinə düşən öhdəlikləri vaxtından əvvəl öz imkanları hesabına həyata keçirməsi Rusiya kontingentin də Azərbaycan ərazilərindən çıxmasını təxminən 18 əvvəldən həyata keçirilməsini təmin etdi”.

Bunu hərbi ekspert Ədalət Verdiyev  Baku TV-yə açıqlamasında deyib. O, bildirib ki, rus kontingentinin antiterror əməliyyatlarından sonra Azərbaycan ərazilərində həyata keçiriləcək heç bir funksiya qalmamışdır: “Digər tərəfdən isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı, Qazaxın kəndlərini və Şərqi Zəngəzuru Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra rus kontingentin Azərbaycan ərazilərində qalması heç bir əhəmiyyət daşımır. Rus kontingentinin Azərbaycan ərazilərindən heç bir problem olmadan, siyasi, diplomatik, hərbi sahədə nə Rusiya ilə, nə də digər  tərəflərlə heç bir fikir ayrılığı  olmadan Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik uğuru hesab edilir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər