"Hraparak"ın müxbiri Lusine Şahverdiyan bununla bağlı araşdırma aparmaqda davam edir. Onun politoloq Suren Zolyanla müsahibəsi də məhz bu məqsədə xidmət edir. Politoloq deyib ki, İran və Rusiya indiyədək Ermənistanın strateji müttəfiqləri olub və hər iki ölkə öz öhdəliyini yerinə yetirib. 44 günlük müharibə zamanı bunun bir daha özünü bariz şəkildə göstərdiyini xatırlayan politoloq əlavə edib ki, hazırda həm İranın, həm də Rusiyanın ABŞ ilə problemləri var və Ermənistan nə qədər çalışsa da onları ortaq mövqeyə gətirə bilməyəcək. Əksinə, Ermənistan özü istəməsə belə o, KTMT və Avrasiya təşkilatından uzaqlaşdırılacaq. Rusiyanın hay iş adamları da sözügedən məsələyə münasibətdə Rusiyanın mövqeyini dəstəkləyərək bildiriblər ki, Ermənistanın ticarət dövriyyəsinin 70 faizi məhz Rusiya ilə bağlıdır. ABŞ isə bunun belə olması ilə razılaşmayaraq öz istəyini həyata keçirməyə başlayacaq və nəticə faciəli olacaqdır.
Xatırladılıb ki, Rusiyada hazırda 3 milyondan çox hay yaşayır ki, onların 700 mindən çoxu RF vətəndaşı olmadığına görə deportasiya edilərək geri göndərilə bilər və bu, onsuz da problemlər içində vurnuxan hakimiyyətin sonuna gətirib çıxara bilər. Qərbin və ABŞ-ın yalnız öz marağını güddüyünü, çətin məqamda müttəfiqini tərk etdiyini deyən Zolyan yalnız Rusiya ilə hərtərəfli əməkdaşlığın faydalı olduğunu vurğulayıb.
N.Qaramanlı