22.10.2024, 20:22
AZ EN
01.10.2024, 10:28 261

Əziz Ələkbərli: “Aşıq Ələsgərin heykəlinin ucaldılması Azərbaycan tarixində böyük mədəni hadisədir”

YAZILAR
  • “Aşıq Ələsgərin heykəlinin Bakıda ucaldılması Azərbaycan tarixində böyük mədəni hadisədir. Bu addım eyni zamanda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli mənəvi dəyərlərinə verilən yüksək qiymətdir”.

Bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyənin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan Televiziyasına açıqlamasında səsləndirib. O, bildirib ki, abidənin açılışı eyni zamanda Aşıq Ələsgər yaradıcılığına verilən çox böyük qiymətdir.

Bakı şəhərinin mərkəzində Azərbaycan Aşıq sənətinin böyük usdadı, zirvəsi olan Aşıq Ələsgərin heykəlinin ucaldılması ilk növbədə Azərbaycan həyatında böyük mədəni hadisə olduğunu vurğulayan deputat bildirib ki, bu, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan milli-mənəvi dəyərlərinə verilən yüksək qiymətdir: “Bu, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin cənab Prezident tərəfindən uğurla davam etdirilməsidir. Bu abidənin açılışı eyni zamanda Aşıq Əlsgər yaradıcılığına verilən çox böyük qiymətdir. Bildiyimiz kimi, Aşıq Ələsgər yaradıcılığına ilk böyük dəyəri Ulu Öndər Heydər Əliyev 1972-ci ildə Aşıq Ələsgərin  150 illiyinin qeyd edilməsi ilə verilib. Bilirsiniz ki, o vaxt Ulu Öndərin böyük səyi nəticəsində Aşıq Ələsgərin 150 illik yubileyi nəin ki, Azərbaycanda, həm də indiki Ermənistan ərazisində və eyni zamanda  Kremldə, SSRİ-nin paytaxtında dövlət səviyyəsində qeyd olunub”.

Millət vəkili Əziz Ələkbərli hesab edir ki, Aşıq Ələsgərin abidəsinin ucaldılması tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış uğrunda mübarizəmizin  tərkib hissəsidir. Çünki Aşıq Ələsgər o torpaqların yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bakıda açılışı olan abidə Azərbaycan mədəniyyətinə yeni bir töhfədir. Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.

Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu Aşıq Ələsgərin abidəsinin açılışını mühüm tarixi hadisə kimi qiymətləndirib. O, qeyd edib ki, bu, həm də milli yaddaşa yenidən qayıdışdır: “Bu gün hazırkı reallıqlar kontekstində Qərbi azərbaycanlıların sülh yolu ilə öz tarixi torpaqlarına qayıtması reallıq olmalıdır, real milli hədəflərimizdən biridir və Aşıq Ələsgərin həyatı və mübarizəsi timsalında biz təkcə ədəbiyyat hadisəsi, mənəviyyat hadisəsi, poeziya hadisəsi, musiqi hadisəsi görmürük, həm də bir mübariz vətəndaşlıq mövqeyi görürük ki, bu heykəlin açılması həm də düşünürəm ki, milli mübarizəmizin  qətiyyətlə davam etməsi baxımından olduqca mühüm bir hadisəyə çevrildi”.

Aşıq Ələsgər Azərbaycan Xalq Ədəbiyyatını ən böyük və məşhur aşıqlarından biridir. O, təkcə gözəl saz ifaçısı deyil, həm də dərin mənalı şeirləri ilə  xalqın yaddaşında əbədi iz qoyub. 1821-ci ildə Qərbi Azərbaycanın Göyçə mahlında doğulan Aşıq Ələsgərin qoşma, gəraylı, divani kimi şeri növlərində yazdığı əsərlər hələ də dillər əzbəridir. Bu gün Aşıq Ələsgərin adı  Azərbaycan mədəniyyətində ölümsüzdür və onun sənəti daim xatırlanır. Bu sevginin, bu hörmətin bariz nümunələrindən iri də Azərbaycan Prezidenti cənab İlham Əliyevin  bu abidənin açılışında iştirak etməsidir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər