07.04.2026, 11:54
AZ EN
07.04.2026, 09:17 199

Bu gün şəhid Rəşad Vəlizadənin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidimiz Vəlizadə Rəşad Elşən oğlunun doğum günüdür. O, 1999-cu il aprel ayının 7-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Rəşad Vəlizadə orta təhsilini Evoğlu kənd tam orta məktəbində alıb.  

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəşad Vəlizadə 44 günlük Vətən müharibəsində iştirak edib, “Cəsur döyüşçü” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Rəşad Vəlizadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəşad Vəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

 

Oxşar xəbərlər