Bizim tariximiz qanla yazılıb. Biz azadlığı, qələbəni, ərazi bütövlüyümüzü qəhrəmanlarımızın qanı ilə qazanmışıq. Hazırkı statusumuzu, dünya arenasında tutuduğumuz siyasi mövqeyi kimsə bizə hədiyyə etməyib. Dişimiz-dırnağımızla əldə etmişik. Nə qədər ki, Ali Baş Komandanımız var, nə qədər ki, Xalqa Prezident birliyi var, nə qədər ki, yenilməz, güclü ordumuz var, biz heç vaxt yenilməyəcəyik, bir qarış da torpaq verəməyəcəyik...
Bu gün böyük iftixarla demək olar ki, bu günkü Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənlərimizi göz-bəbəyi kimi qoruyub saxlayan gənclərdir. 44 günlük Vətən müharibəsində Azərbaycanın yetişdirdiyi gənclər bunu şərəfli həyat yolları ilə sübut etdilər.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqqında” Sərəncamı şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə dərin ehtiram əlamətidir. Dövlətimiz və xalqımız tərəfindən Şəhidlərimizə layiq olduqları qiymət verilir.
Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tovuz, Gəncə, Tərtər, Mingəçevir və digər rayonlarımızda açılan cavab atəşləri nəticəsində düşmənin məkrli niyyətnin qarşısının alınması istiqamətində xalqımız birlik nümayiş etdirdi. Bu döyüşlər nəticəsində təbii ki, Azərbaycan ordusu şəhidlər verdi, lakin bütün bunlar xalqımızın Vətən sevgisini, mübarizə əzmini, qələbə arzusunu daha da alovlandırdı. Azərbaycanın müxtəlif şəhər və rayonlarında onminlərlə vətəndaşımız, o cümlədən gənclərimiz bir anda ayağa qalxaraq yürüşə başladı, Ordumuza, dövlətimizə dəstəyini nümayiş etdirdi və sentyabrın 27-də başlayan 44 gün davam edən, Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur və mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bütün dünya gördü ki, Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, O həm də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın Haqq səsi oldu, bütün təzyiqlərə cəsarətlə sinə gərdi,öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə Prezident İlham Əliyevin 17-ildə həyata keçirdiyi siyasətin nəticəsində qalib tərəfə çevrildi, ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.
“Qarabağ Azərbaycandır”! reallığı 44 gündə təsdiqini tapdı.
Şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kapitulyasiyasına nail olduq. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtula biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Azərbaycanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və subut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan ordusu 30 il düşmən işğalında qalan torpaqlarımızı azad etdi və dünyaya bir sübut etdi ki, döyüş meydanında zəfəri toplarla, tanklarla deyil, ağılla, zəkayla və bir də insan zeghninin ən son nailiyəti olan PUA-larla qazanılır. Prezident, Müzəəffər Ali Baş Komandan xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müsir hərb tarixinə yeni örnək oldu. Döyüş meydanında darmadağın edilən Ermənistanın münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı və baş nazir N.Paşinyanın “ağ bayraq” qaldırıb kapitulyasiya bəyannaməsini imzaladı. Ərazi bütüövlüyümüz təmin olundu.
27 sentyabr və 10 noyabr tarixləri Azərbaycan təqvimində hər zaman xüsusi qeyd ediləcək.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin proqmatik siyasət! Xalq-Prezident və Ordu birliyi, həmrəyliyi! “Dəmir yumruq”a gedən, güclənən, möhkəmlənən Qalib Azərbaycan Ordusudur! 27 sentyabr 2020-ci il tarixi xalqımızın yaddaşından heç bir vaxt silinməyəcək. Çünki bu, Qarabağın və Şərqi Zəngəzurun zəfər tarixidir.
Vətənin işğal olunmuş torpaqlarını öz canı, qanı bahasına azad edən şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və qürurla anır, Uca Tanrıdan bütün Şəhidlərimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ