24.04.2025, 18:25
AZ EN
15.10.2023, 21:20 400

Malıbəyli və Quşçular kəndinin sakinləri geri qayıdacaqları günü səbrsizliklə gözləyirlər

XƏBƏRLƏR

"Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində də olub. Atamın kəndidir, sonralar babamgil bu kənddən Ağdama köçərək orada yaşayıblar". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu özünün "Facebook" şəxsi hesabında ifadə edib. Politoloq daha sonra əlavə edib ki, Ağdama gedəndə bir neçə günlüyə olsa da Malbəyliyə baş çəkərdik: "Malıbəylidə məşhur çinar ağacı var idi, kökündən bulaq axırdı. Həmin çinar ağacı o qədər hündür idi ki, Şuşaya qalxarkən dolambac yollarda həmin ağacı görmək mümkün idi. Ermənilər 1980-ci illərin sonlarında separatçılığa başladıqda ilk hədəfə aldıqları yerlərdən biri Malıbəyli və qonşu Quşçular kəndi idi. Kənd sakinləri 1990-cı illərdəki döyüşlərdə xeyli itki veriblər. Kəndlər işğal olunandan sonra onların bir qismini Pirşağıdakı sanatoriyada məskunlaşdırdılar. Pirşağıda doğma kəndlərini görməyən üçüncü nəsil böyüyür. Malıbəyli və Quşçular kəndlərinin sakinlərinin bir qismi ilə təmasdayam, geri qayıdacaqları günü səbirsizliklə gözləyirlər", - deyə E.Şahinoğlu vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər