04.05.2024, 14:00
AZ EN
25.04.2024, 10:47 250

Arzu Nağıyev: “Bu ikili standart ABŞ Dövlət Departamentinə yaraşmayan hərəkətdir”

YAZILAR
  • “Azərbaycanın keçirdiyi antiterror əməliyyatı nəticəsində yüz mindən çox etnik erməni Qarabağı tərk etməyə məcbur olub. Hökumət İnsan Haqlarını pozduğunu bildirilən məmurların əksəriyyətini cəzalandırmaq üçün etibarlı addımlar atmayıb”. Bu fikirlər Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin qlobal təhdidlərlə bağlı İnsan Hüquqlarına dair hesabatında yer alıb.

Sənəddə qeyd olunan “faktlarla” bağlı millət vəkili Arzu Nağıyev İTV-Xəbərə danışıb. O, qeyd edib ki, bu ikili standart doğrudan da, Amerika Birləşmiş Ştatlarının Departamentinə yaraşan hərəkət deyil: “Əsas məsələ odur ki, orda heç bir vaxt hansısa insan haqlarının tapdalanmasından söhbət getməyib. İnsan Haqlarının pozulmasından söhbət getməyib. Hətta təklif olunub ki, Azərbaycan qanunlarını pozmayan, Azərbaycan Konsitusiyası ilə məhz orda yaşamaq istəyən hər bir erməni ora qayıda bilər. Bunun da yenə də ikitərəfli olaraq onlar bunu qabardır. Bütün dünyaya məlumdur ki, Azərbaycanda tolerantlıq, eyni zamanda multikultural  dəyərlər ən yüksək səviyyədədir. Heç bir əqidə və məsləyinə görə burda kimsə narahat edilmir, dini ayələri həyata keçirməsi ilə bağlı heç kim həbs olunmur və olunmayacaqdır”,- deyə deputat vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər