Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbi Əl-Cədid"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail ilə münaqişəyə son qoymaq üçün hələlik konkret təşəbbüslər yoxdur.
"Hazırda müharibəyə son qoymaq üçün heç bir konkret təşəbbüs irəli sürülməyib. Lakin biz münaqişəyə ədalətli son qoyacaq istənilən regional təşəbbüsü alqışlayacağıq", - deyə o bildirib.
İranın XİN rəhbəri bildirib ki, ölkəsi heç bir mülki və yaşayış məntəqəsini hədəf almayıb. "Əgər bizim enerji infrastrukturlarımız hədəfə alınarsa, regiondakı ABŞ şirkətlərinin obyektlərinə hücum edəcəyik". (Report)