Dövlət başçısı konstitusiya islahatının hakimiyyət keçidinə hazırlıq olması ilə bağlı suala cavab olaraq bildirib: “Bunun cəmiyyətə mənfi təsir göstərəcəyindən qorxmağa heç bir səbəb yoxdur. Vitse-prezident vəzifəsinin yaradılması dövlət hakimiyyəti institutlarını gücləndirəcək və bu, gələcəkdə özünü göstərəcək. Prezident kimi, mən bu vəzifəyə, eləcə də ümumilikdə bütün islahatlara böyük ümidlər bəsləyirəm”.
Növbəti prezident seçkiləri planlaşdırıldığı kimi, mövcud Konstitusiya ilə müəyyən edilmiş tarixdə - 2029-cu ildə keçiriləcək. (AZƏRTAC)