18.10.2024, 18:28
AZ EN
25.03.2022, 18:00 199

Türkiyə qaçqın böhranı məsələsində Avropaya nələr öyrədə bilər?

XƏBƏRLƏR

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun Al Jazeera” xəbər saytı üçün yazdığı “Türkiyə qaçqın böhranı məsələsində Avropaya nələr öyrədə bilər?” başlıqlı məqaləsində Ukrayna hadisələri ilə əlaqdar bölgədə yeni bir qaçqın böhranının yarandığını, 4 həftə ərzində 3,5 milyona yaxın ukraynalının qonşu ölkələrə sığındığını bildirib.

Mövcud humanitar böhranın öhdəsindən necə gələcəyini düşünərkən Avropanın Türkiyədən öyrənəcəyi çox şey olduğunu bildirən F.Altun, bir çox Avropa ölkəsinin “öncə təhlükəsizlik” yönümlü siyasətinə qarşı Türkiyənin illərdir Yaxın Şərqdən qaçqın axının öhdəsindən effektiv və humanist şəkildə gəldiyini bildirib. Türkiyənin on ildən artıqdır ki, Suriyadakı müharibədən qaçanlar üçün əsas ölkə olduğunu xatırladan F.Altun hazırda ölkəsinin, başda suriyalılar olmaqla, müxtəlif ölkələrdən gələn 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini bildirib. Türkiyənin qaçqınlarla hər zaman insanpərvər və hörmətli davrandığını bildirən Altun yazısını belə davam etdirib: “Xalqımız bu insanlara qucağını açıb, illərlə çörəyini onlarla bölüşüb. Anti-immiqrasiya ritorikasının səsləndiyi, bir çox siyasətçinin qısamüddətli siyasi qazanclara əl atdığı Avropadakı vəziyyətin əksinə olaraq, Türkiyə hökuməti müxalifətin ölkədə anti-qaçqın əhval-ruhiyyəsini gücləndirmək cəhdlərinə davamlı olaraq müqavimət göstərib. Türkiyə dövləti çoxsaylı terror hücumlarına baxmayaraq, qaçqınları bunun günahkarı elan etmədi. Haradan olursa- olsunlar, qaçqınlar Türkiyədə təhlükəsiz sığınacaq tapıblar”.

Məqalə haqqında geniş şərh Anadolu Agentliyinin internet səhifəsində (www.aa.com.tr) yerləşdirilib.

Oxşar xəbərlər