10.09.2025, 03:46
AZ EN
09.09.2025, 15:12 215

Paşinyan Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinə yeni rəhbər təyin edib

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Artyom Sucyanı ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin rəhbəri təyin edib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

O, vəzifəsinin icrasına sentyabrın 10-da başlayacaq.

Ofisin əvvəlki rəhbəri Liparit Drmeyan avqustun 29-da vəzifəsindən azad edilib. Növbəti gün məlum olub ki, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə yeni nümayəndəsi Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan təyin edilib.

A.Sucyan əvvəllər ədliyyə nazirinin müşaviri vəzifəsində çalışıb, həmçinin Baş nazirin müavini Mher Qriqoryanın köməkçisi işləyib. (Report)

Oxşar xəbərlər