Avropa Şurası Parlament Assambleyasının iclaslarında daim Azərbaycanın əleyhinə uydurmalarla çıxış edən Ermənistan parlamentinin sabiq deputatı Naira Zohrabyan öz təbirincə desək, bir neçə ay, səssiz dayanaraq ölkədəki durumu müşahidə etdikdən sonra yenidən fəallaşıb. O, bu gün jurnalistlərə açıqlamasında vurğulayıb ki, adamlar mənə niyə görünmədiyimi, problemlərlə az maraqlandığımı irad tuturlar. Onlara deyirəm ki, kimləri deputat etmişsinizsə, onlara müraciət edin, sizə yardım etsinlər.
Erməni mediasının vaxtilə "uzun dilli" ləqəbi verdiyi sabiq deputat daha sonra əlavə edib ki, belə davam etməməlidir. Nikolun heç kəsə canı yanmır. "Onun axuryanlı Ano üçün də nəsə etdiyini düşünürsünüzsə, kökündən səhvsiniz. O, digər bölgələr üçün işləyir", - deyə o, növbədənkənar seçki keçirilməsinin vacibliyini vurğulayıb.
N.Qaramanlı