23.11.2024, 03:59
AZ EN
16.07.2024, 10:52 281

Hay bəxti qara doğulur

XƏBƏRLƏR
  • Tanınmış erməni şairi Yeğişe Çarensin  ermənilərin hələ  ana bətnində ikən bədbəxt, qorxaq olması 2020-ci ildəki biabırçı məğlubiyyətdən sonra tez-tez işlənməkdədir.

"Hraparak"ın baş redaktoru, vaxtilə Nikol Paşinyan və spiker, həm də qızının həyat yoldaşı Alen Simonyanla eyni redaksiyada işləyən Armine Ohanyan bu məsələyə yenidən qayıdaraq yazıb ki, ruhən güclü, savadlı, ağıllı  dövlət başçıları və baş nazirləri, o cümlədən Azərbaycanın dövlət rəhbəri öz xalqlarının tarixinə şərəfli səhifələr yazılmasına səbəb olurlar. Amma Ermənistanın baş naziri erməni dilinin qrammatikasının bütün tələblərinə cavab verən cümlələr işlətsə də gördüyü iş nə xalqın, nə də dövlətin mənafeyinə uyğun gəlmir. Bunun səbəbinin isə ilk növbədə erməni xalqının bəxti qara doğulmasında görən baş redaktor mövcud durumdan çıxış yolları axtarsa da hələ tapmadığını vurğulayıb. Oxuculara dərs keçən bu yazara xatırlatmaq istərdik ki, çıxış yolu qonşularla, o cümlədən nifrət bəslədikləri Türkiyə və Azərbaycanla sülh müqaviləsi imzalayıb dinc yanaşı yaşamaqdır.O nda  hayların bəxti, bəlkə, qaradan ağa keçid edər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər