Rusiyalı siyasi analitik Modest Kolerov "Hraparak"ın müxbiri Hayka Aloyanla müsahibəsində belə deyib. Müxbirin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı sualını cavablandırarkən isə xüsusi vurğulayıb ki, reytinqi yüksək olan cənab İlham Əliyev bu seçkidə əvvəlkilərdən də çox səs qazanacaq. Çünki o, təkcə torpaqları azad etməyib, həm də Ermənistanın bütün rəhbərlərindən fərqli olaraq böyük quruculuq, abadlıq işləri aparır. "Xalqa isə, əlbəttə, müharibə yox firəvan həyat lazımdır", - deyə o, cənab İlham Əliyevin bənzərsiz lider olduğunu bir sıra faktlarla sadalayıb. Ermınistanın xüsusilə Fransa və İrana bel bağlayıb Rusiyanı qıcıqlandırmasını isə siyasi səhv adlandırıb. Ermənilərin RF-da zəngin həyat şəraitinin olduğunu, amma erməni dilində deyil, rus dilində oxuduqlarını, ana dillərini yaxşı bilmədiklərini diqqətə çatdıran siyasi analitik onu da vurğulayıb ki, Ermənistanın tərsliyi Zəngəzurun itirilməsi ilə nəticələn bilər. Müxbir isə belə bir əlavə edib: "Əliyev Zəngəzuru götürəcək və İrəvanda deyəcəklər ki, Allaha şükür, ölkəni tam götürmədi". Qeyd edək ki, müsahibənin başlığına isə məhz bu son cümlə çıxarılıb.
Nə deyirik, təki müxbir yazdığı başlıq həqiqətə çevrilsin.
Nəsib Qaramanlı