30.04.2026, 14:46
AZ EN
11.03.2026, 11:31 223

Zəngilan sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Həsənovun Binəqədi rayonu, Biləcəri qəsəbəsində həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinlərinin növbəti səyyar qəbulu keçirilib.

Görüşdə həmçinin aparatın məsul əməkdaşları və müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.

Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin tapşırıqları əsasında respublikada həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar və dövlət proqramlarının icrası, azad olunmuş Zəngilan rayonunda aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verilib. Bildirilib ki, doğma yurduna köçən sakinlər üçün bütün infrastruktura malik, müasir standartlara cavab verən yaşayış sahələri tam təminatlı şəkildə istifadəyə verilir.

Qəbulda rayon rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib, müraciətlərin bir hissəsi yerindəcə həll olunub, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması məqsədilə aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.

Görüşdə iştirak edən sakinlər rayonda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərini yüksək dəyərləndirərək ölkə rəhbərinə, eləcə də vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər