Bu fikirləri açıqlamasında Xocavənd şəhərinə köç edən keçmiş məcburi köçkün İcarət Quliyeva deyib.
O bildirib ki, illərlə köçkünlük həyatı yaşamasına baxmayaraq, qayıdışa dair inamını heç vaxt itirməyib.
“Bu gün bizi öz elimizə aparırlar. Sevinirik ki, gedib öz yurdumuzda, obamızda yaşayacağıq. Nə qədər ömrümüz qalıb, yaxşı gün görərik. Allah qazilərimizi qorusun, onlara cansağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
İyirmi beş il Sumqayıtda yataqxanada yaşamışam. Amma həmişə ümidim olub ki, bizim belə Prezidentimiz varsa, bir gün öz yurdumuza qayıdacağıq. Hər insana belə Prezident nəsib olmur. Prezidentimiz qayğımızı çəkir. Allah onu Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Amin”, - deyə Xocavənd sakini qeyd edib. (AZƏRTAC)