11.03.2026, 10:11
AZ EN
11.03.2026, 07:28 76

Qırmızı bazar qəsəbəsinə köçən sakin: İşğaldan azad edilmiş ərazilərdə işləyirəm

XƏBƏRLƏR
  • Mən Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindən məcburi köçkün düşmüşəm. Dövlətimiz sağ olsun, bizi Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində evlə təmin edib. Torpaqlarımızın azad edilməsinə görə şəhidlərimizə daim borcluyuq.

Bu sözləri açıqlamasında Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köçən keçmiş məcburi köçkün Əli Mirzəyev söyləyib.

O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanaraq torpaqlarımızı azad etdik.

Keçmiş məcburi köçkün işğaldan azad edilmiş ərazilərdə işlədiyini vurğulayıb.

"Məcburi köçkün düşəndə 8 yaşım var idi. O vaxt ata-anamla birlikdə doğma yurdumuzdan çıxmışdım. Bu gün isə ailəmlə – yoldaşımla və uşaqlarımla birlikdə doğma torpaqlarımıza qayıdıram",- deyə Ə. Mirzəyev əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər