23.11.2024, 01:04
AZ EN
24.09.2023, 11:35 241

Vətənə canım fəda

XƏBƏRLƏR
  • 2020-ci ildə minlərlə Vətən oğlunun canı, qanı bahasına 30 iı işğalda qalan torpaqlarımız azadlığına qovuşdu. Uzun illərdən sonra Azərbaycanın Şanlı qələbəsinin sədası bütün dünyaya yayıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi qarşısında düşmən diz çökdü, düz sərhədinə qədər qovuldu. Müqəddəs bayrağımız 30 il həsrət qaldığımız ərazilərdə - doğma Qarabağımızda və Şərqi Zəngəzurda dalğalandı. Bu, ləyaqət tarixi, şərəf salnaməsidir.

O da Vətənə canım fəda deyib yola çıxmış, bu dəfə zəfər qazanacağımıza çox əmin idi və qazandıq da...

Bu gün Vətən müharibəsinin şəhidi Elşən Piriyevin doğum günüdür.

Elşən Piriyev 1989-cu il sentyabrın 24-də Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. 1996-2007-ci illərdə R. Əkbərov adına Kolxəlfəli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.

Elşən Piriyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Piriyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Kolxəlfəli kəndində böyük ehtiram və izdihamla dəfn olunub.

Elşən Piriyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə",

"Kəlbəcərin azad olmasına görə" medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər