Bu gün də jurnalist öz FB səhifəsində dəyərli bir qonağının özüylə birlikdə şəklini paylaşıb və bunları yazıb. “Vətən səsi” həmin paylaşımı olduğu kimi təqdim edir.
“Vaxtilə Şuşanın müdafiəsinə qalxan ilk könüllülərdən olan, yazılarımda haqqında "Dəli-dolu Mehman" başlığı ilə söhbət açdığım, cəsur və qorxmaz döyüşçü dostum Mehman Abutalıbov dünən Şuşaya gəlib.
Dünən axşam da görüşdük, bu gün səhər də.
İdmanda yaxşı uğurlar qazanmış oğlu Süleyman Şuşanın yenicə istifadəyə verilmiş Bayraq meydanında "8 noyabr küçəsi" lövhəsinin altında görüşümüzü fotonun yaddaşına köçürdü.
Mehman Şuşada çox xoşbəxt görünürdü.
Gün gəlsin həmişəlik gəlsin!”
Hazırladı: Mina RƏŞİD