21.11.2024, 19:59
AZ EN
30.10.2022, 17:10 136

Türkiyəli səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir

XƏBƏRLƏR
  • Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Türkiyəli səyahətçilər Şuşa və Ağdam şəhərindən sonra bu gün Laçın və Kəlbəcərə səfər ediblər. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Səfər çərçivəsində gəzəgənlərə Laçın barədə ətraflı məlumat verilib. Səyahətçilər yolboyu Azərbaycan torpaqlarını Ermənistan tərəfindən işğal dövründə dağıdılmış şəhərləri, kəndləri, yaşayış evlərini, mülki obyektləri, dini, mədəni və tarixi abidələri gözləri ilə görüblər. Eyni zamanda məktəb, baxça binalarının sökülüb daşınmasını, qəbiristanlıqlar, tarixi, mədəni abidələr in də erməni vandalizminə məruz qalmasını heyrətlə izləyiblər.

Qonaqlar, həmçinin işğaldan azad olan ərazilərdə həyata keçirilən və keçiriləcək quruculuq işləri barədə də məlumatlandırılıblar.

Səfərdə iştirak edən Nurşən Yıldırım TREND-ə açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin ən qısa zamanda bu torpaqları cənnətə çevirəcəyinə inanır. Lakin Ermənistan hakimiyyətinin basdırılan minaların xəritəsini verməməsi bu prosesi ləngidəcək. Bu səbəbdən də bütün dünya ölkələri Ermənistan dövlətindən mina xəritələrini verməsini tələb etməlidir:

“Eşitdiyimiz və gördüklərimiz fərqli şeylərdir. Bura gəlincə gördüklərimiz nə qədər fərqli bir dram olduğunu anladıq. Bu bir insanlıq cinayətidir. Eşitmişik ki, ermənilərin bu əraziləri minalaması zaman-zaman insanların ölümünə səbəb olur. Insanlar, uşaqlar demək olar ki, bütün canlılar həyatını itirir. Bəlkə də bu hadisələr onlarla il davam edəcək. Bu ərazilər acılı hadisələrə səhnəyə çevrilib. Çox təcili bu ərazilərdə basdırılmış minaların xəritəsi verilməlidir. Biz dünyanı bu mövzularda həssaş yanaşmağa dəvət edirəm. Burada yaşayan insanların, buranı ziyarət edəcək turistlərin, uşaqların və hərkəsin rahatlıqla gəzməsi üçün ermənilərə DUR! Deməsi lazımdır. Burada yaşanan vəhşiliyin ikinci pərdəsi də mina xərtələrinin verilməməsidir. Bura dünyanın ortaq bir mədəniyyət mirasıdır. Azərbaycanda olan və ermənilərin məhv etdiyi bu əsərlər əslində bütün dünyanın ortaq bir əsəri olmalıdır və qorunmalıdır.”

Beynəlxalq səyahətçi olan türkiyəli Fatma Qaragözlü, gördüyü mənzərənin insanlıq cinayəti olduğunu, lakin Azərbaycan hakimiyyətinin hər şeyə rəğmən bu mərhələnin də öhdəsindən laiqincə gələ bildiyinə inandığını deyib. Onun sözlərinə görə, Azərbaycanın güclü bir dövlət olduğu və bu dövlətin güclü prezidenti olduğunu bütün dünya qəbul edib:
“Mən qarabağın təbiətini çox sevdim. Çox gözəl yerləriniz var. Bu ərazilərdə yüz minlərlə insan rifah içərisində yaşayıb. Amma gün hərəsi bir tərəfdədir. Arzu edirəm ki, Azərbaycan bu yerləri əvvəlki illərindən daha gözəl vəziyyətə gətirəcəkdir. Mən buna inanıram. Çünki siz güclü bir dövlətsiniz. Imkanları geniş olan bir dövlətsiniz. Sizi kənardan yıxmaq istəyənlər bacarmayacaq. Şünki Azərbaycan Dövlətinin prezidenti çox güclüdür. Biz dünya gəzginliyik, dünyanı gəzirik. Biz çalışdığımız yerlərdə, görüşdüyümüz insanlara bu mövzuları söhbət edəcəyik. Çəkdiyimiz şəkilləri videoları göztərəcəyik. Bunları hərkəsin görməyi lazımdır. Müharibənin, başqalarının gəlib sizin torpaqlarınızı işğal etməsi necə bir pis hadisə olduğunu hərkəsin görməyi lazımdır. Burada bir Milli sərvət yatır. Bu hadisələrin niyə baş verdiyini biz lazimi yerlərə çatdıracağıq“.

Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin)-Bakı marşrutu üzrə hərəkət edəcək. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. ("Trend")

Oxşar xəbərlər