Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Qarabağımızı, Şərqi Zəngəzurumuzu erməni işğalından azad etdi...
Əzəli və əbədi torpağımız olan Qərbi Azərbaycandan düşmən tərəfindən deportasiya olunan soydaşlarımızın da doğma yurdlarına qayıtmaq arzularının reallaşacağına ümudlər artdı, Vətən həsrətli könülləri riqqətə gəldi...
Səkinə nənənin bu günlərdə 95 yaşı tamam olub. O, Zəngibasar rayonunun Qarğabazar kəndində anadan olub. Uzun illərdir Vətən həsrətindədir.
Hazırda o, Sabirabad rayonu, Həşimxanlı kəndində yaşayır. İnşallah, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində doğma yurduna Böyük Qayıdışla dönəcəyinə böyük ümid bəsləyir.
Tahirə AĞAMİRZƏ