Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün həyata keçirilən aqrotexniki tədbirlər arasında şum mühüm əhəmiyyətə malikdir. Vaxtında və keyfiyyətlə aparılmış yay şumu torpağın keyfiyyət göstəricilərini xeyli artırır. Belə ki, torpaqda nəmliyin daha çox saxlanılmasına, alaq otlarının toxumlarının, sələf bitkilərinin qalıqlarının daha tez çürüyərək torpağa qarışmasına, toxum yatağının daha keyfiyyətli formalaşmasına şərait yaradır.
Gələn ilin məhsulu üçün rayonda 14 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Əkinlərin 1800 hektarını suvarılan ərazilərdə aparılacağı gözlənilir. Hazırda fermerlərimiz tərəfindən 2415 hektardan çox sahədə yay şumu aparılmışdır ki, bu da proqnozlaşdırılan əkinlərin 17,3 % -ni təşkil edir. Yay şumunun aparılması davam etdirilir.
Rayon ərazisində proqnozlaşdırılan taxıl səpininin aqrotexniki müddətdə və keyfiyyətlə başa çatdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı Rayon qrumlarının mütəxəssisləri tərəfindən fermerlərə lazımi təlimlərin keçirilməsinə başlanılıb.
Hazırladı: Mina RƏŞİD