Tədbirdə şəhidlərin ailə üzvləri, Ağdam RİH-in başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qəhrəman şəhidlərin anası Mailə Allahverdiyeva çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra film tədbir iştirakçılarına nümayiş etdirilib.
Qeyd edək ki, 20 aprel 2001-ci ildə Ağdamın Çullu kəndində doğulan əkiz qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıb, Vətən müharibəsində iştirak edərək cəbhənin Füzuli və Xocavənd istiqamətində çiyin-çiyinə vuruşaraq 2020-ci ilin 24 oktyabrında şəhidlik zirvəsinə ucalıblar.
Şəhid qardaşlar ölümlərindən sonra Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Mina RƏŞİD