18.01.2026, 03:01
AZ EN
03.12.2025, 17:07 138

Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans: Mədəni irs və qayıdış hüququ müzakirə olunacaq

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2025-ci il dekabrın 5-də Bakıda “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfrans keçiriləcək.

Konfransda müxtəlif ölkələrdən beynəlxalq ekspertlər, hüquqşünaslar, tarixçilər, siyasətçilər və ictimai xadimlərin iştirakı gözlənilir. Tədbirin əsas məqsədi Ermənistandan deportasiya olunmuş azərbaycanlıların mədəni irsinin bərpası məsələsini beynəlxalq hüquq çərçivəsində gündəmə gətirmək, bu istiqamətdə ədalətli və sülhə əsaslanan yanaşmaların inkişafına töhfə verməkdir.

Konfrans çərçivəsində məruzələr dinləniləcək, müzakirələr aparılacaq və Qərbi Azərbaycanla bağlı sənədlər ictimaiyyətə təqdim olunacaq. Tədbir, həmçinin dünya ictimaiyyətinin diqqətini bölgədəki mədəni irsə və onun qorunması zərurətinə yönəltmək baxımından mühüm əhəmiyyət daşıyır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər