24.06.2025, 00:33
AZ EN
27.05.2025, 07:29 210

Keçmiş məcburi köçkün: Biz hamımız bu xoş günün gələcəyinə ümid edirdik

XƏBƏRLƏR
  • Bu gün çox sevincli və qürurlu günlərdən biridir. Doğma el-obama - Ağdam rayonuna qayıdıram. Bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Biz hamımız bu xoş günün gələcəyinə ümid edirdik. Bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, məğrur qazilərimizə isə şəfa diləyirəm.

Bu sözləri keçmiş məcburi köçkün Qara Səmədov söyləyib.

O qeyd edib ki, Qarabağın hər bir zonasında bərpa-quruculuq işləri görülür. Eyni zamanda müəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması, yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, həmçinin işğaldan azad edilmiş ərazilərin etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilir. Bütün bunlar Prezident İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR