21.11.2024, 16:19
AZ EN
16.11.2024, 12:39 162

İşğaldan azad olunmuş ərazilərdə tullantılar müasir standartlarla idarə olunacaq

XƏBƏRLƏR
  • Hazırda işğaldan azad olunmuş ərazilərdə tullantıların müasir standartlara uyğun idarə edilməsi sisteminin qurulması işlərinə başlanılıb.

Bunu COP29 çərçivəsində Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, tullantıların idarə olunması məsələsi xüsusi diqqət tələb edir: “Bakı şəhərində məişət tullantılarının idarə edilməsində artıq nailiyyətlər var. Bölgələrdə isə müasir regional poliqonların və ötürücü məntəqələrin qurulması və mövcud poliqonların reabilitasiyası nəzərdə tutulub”. (AZƏRTAC)

Oxşar xəbərlər