18.10.2024, 16:28
AZ EN
11.07.2024, 17:10 164

Qərbi Azərbaycan əsilli pedaqoji və texniki işçilərlə görüş keçirilib

XƏBƏRLƏR
  • 10 iyul 2024-cü il tarixdə Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərində çalışan bir qrup Qərbi Azərbaycan əsilli pedaqoji və texniki işçilərlə görüş keçirilib.

Görüş zamanı tədbir iştirakçılarının Qərbi Azərbaycan haqqında təəssüratları dinlənilib, “Qərbi Azərbaycana qayıdış, tarixi ədaləti bərpa edəcək” mövzularında fikir mübadiləsi aparılıb.

Tədbirin yekunu olaraq rayonda mütəmadı olaraq Qərbi Azərbaycanla bağlı maarifləndirici görüşlərin, tədbir və müsabiqələrin keçirilməsi qərara alınıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər